METBUAT.AZ

Ölkə

Ramiz Mehdiyevin qohumuna vəzifə verildi

9 Avqust 2024 14:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.

Metbuat.az Qaynarinfo-ya istinadən bildirir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Polkovnik Elvin Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Onu da əlavə edək ki, Elvin Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.


metbuat.az.