METBUAT.AZ

İdman

"Real" altıncı dəfə UEFA Superkubokunun qalibi oldu

15 Avqust 2024 01:08

İspaniyanın "Real" klubu UEFA Superkuboku uğrunda matçda İtaliyanın "Atalanta" klubunu 2:0 hesabı ilə məğlub ediblər.

Metbuat.az xəbər verir ki, görüş Varşavadakı Milli stadionda keçirilib.

Qaliblərin heyətində Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (68) fərqləniblər.

"Real" altıncı dəfə UEFA Superkubokunun sahibi olub və yeni rekorda imza atıb. Madrid klubu kuboku beş dəfə qazanan İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarını qabaqlayıb.

"Real" 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə UEFA Superkubokunu qazanıb.


metbuat.az.