METBUAT.AZ

İdman

Rekord məbləğ, rekord müddət -

16 Avqust 2024 15:58

"Fənərbaxça"nın sol cinah müdafiəçisi Ferdi Kadıoğlu İngiltərə Premyer Liqa təmsilçisi "Brighton"la azı 5 illik razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, Ferdi Kadıoğlu "Fənərbaxça" rəhbərliyi ilə görüşərək, transfer haqqı ilə bağlı razılıq əldə olunarsa, "Brighton"a getmək istədiyini bildirib.

"Fənərbaxça" komandasına bonuslarla birlikdə 30 milyon avrodan çox təklif edən ingilislər Ferdi ilə şəxsi şərtlərdə anlaşıb. Transfer reallaşarsa, Ferdi Kadıoğlu Avropaya ən yüksək transfer haqqı ilə transfer edilən türk futbolçu olacaq.


metbuat.az.