26 Avqust 2024 10:02
Reuters agentliyinin təhlükəsizlik müşaviri Rayan Evans Donbassda ölüb.
Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
O, Kramatorskdakı “Sapphire” otelinə raket hücumu nəticəsində həlak olub.
"Reuters"in məlumatına görə, 38 yaşlı Rayan Evans keçmiş Britaniya hərbçisidir. 2022-ci ildən agentlikdə çalışır.
Agentliyin çəkiliş qrupunun altı üzvünün qaldığı “Sapphire” otelinə hücüm nəticəsində daha 2 jurnalistin isə yaralandığı bildirilib.