METBUAT.AZ

Dünya

Rostov 55 pilotsuz təyyarənin hücumuna məruz qaldı

3 Avqust 2024 09:19

Rusiyanın Rostov vilayətinə gecə saatlarında Ukraynaya məxsus 55 pilotsuz təyyarə ilə hücum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev teleqram kanalında məlumat verib.

Bildirilib ki, hücumlar nəticəsində insan ölən və xəsarət alan olmayıb.

Pilotsuz uçan aparatların düşdüyü yerlərdə dağıntıların aradan qaldırılmasına fövqəladə hallara müdaxilə xidmətləri cəlb olunub.


metbuat.az.