METBUAT.AZ

Dünya

Rusiya böyük qələbənin astanasında -

27 Avqust 2024 11:15

Rusiya ordusu Ukraynanın Donetsk bölgəsində böyük qələbə qazanmaq üzrədir.

Metbuat.az xəbər verir ki, Ukrayna ordusunun qondarma “Donetsk xalq respublikası”nın Krasnoarmeysk şəhəri yaxınlığındakı müdafiə xətti dağılmaq üzrədir. Britaniyanın “Sunday Times” qəzetinin məlumatına görə, ukraynalı zabitlər Pokrovsk istiqamətində müdafiənin dağıldığını qeyd ediblər. Məqalədə bildirilir ki, bəzi komandirlər artilleriya mərmilərinin çatışmazlığından, bəziləri isə rusların istifadə etdiyi yeni taktikalardan və ya istifadə etdikləri ağıllı təyyarə bombaları və elektron döyüş cihazlarından şikayətləniblər. Amma onların hamısı eyni fikirdədir ki, əsas problemlərdən biri düşmənin say üstünlüyüdür.

Qeyd olunub ki, Kiyev Kursk vilayətinə hücumu ilə Rusiya qüvvələrinin diqqətini Ukrayna qoşunlarının təzyiq altında olduğu Donbas istiqamətindən yayındırmağa çalışsa da bu plan baş tutmayıb.


metbuat.az.