METBUAT.AZ

Dünya

Rusiya bu şəhəri ələ keçirməyə yaxındır -

22 Avqust 2024 16:57

Rusiya Donetsk vilayətində Ukraynanın həyati əhəmiyyət daşıyan Pokrovsk şəhərini ələ keçirməyə yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb. Bildirilir ki, Ukraya qüvvələri Rusiyanın ərazisinə hücum etsə də, daha bir əsas döyüşü uduzmaq üzrədir.

Məlumatda qeyd edilir ki, 59 min nəfər əhalisi olan Pokrovsk müharibə başlayandan cəbhə xəttindədir. Lakin yalnız son bir ay ərzində onun gələcəyi ciddi təhlükə ilə üzləşib. Rusiya onun ələ keçirilməsinə strateji məqsəd kimi baxır:

"Ukrayna Kursk vilayətinə qəfil hücumun Pokrovskda təzyiqi azaldacağına ümid edirdi. Lakin Rusiyanın bu istiqamətdə irəliləməsi sürətləndi".


metbuat.az.