METBUAT.AZ

Gündəm

Rusiya "Telegram"ın rəhbəri ilə bağlı Fransaya müraciət etdi

25 Avqust 2024 13:30

Rusiyanın Parisdəki səfirliyi Fransa hakimiyyətindən "Telegram"ın saxlanılan təsisçisi Pavel Durovun hüquqlarına riayət olunmasını tələb edib.

Metbuat.az xəbər verir ki, səfirlikdən yayılan məlumata görə, Durovun saxlanması xəbəri mediada yayıldıqdan sonra Rusiya dərhal Fransa hakimiyyətindən məsələ ilə bağlı aydınlaşdırma tələb edib və Durovun hüquqlarının qorunmasını, konsulluq girişi təmin edilməsini istəyib.

Lakin Fransa tərəfi hələ də bu məsələdə lazımi əməkdaşlıq göstərmir.


metbuat.az.