28 Avqust 2024 15:53
Ukrayna prezidenti Vladimir Zelenski Qazprom ilə 2024-cü ilin sonunda başa çatacaq təbii qaz tranziti müqaviləsini uzatmamaq qərarına gəldiyini açıqlayıb.
Metbuat.az TASS-a istinadən bildirir ki, Ukrayna mövcud qaz tranziti müqaviləsini uzatmasa, Rusiya Türkiyəni Avropaya qaz nəqli üçün alternativ yol kimi görür. Bunu Kremlin sözçüsü Dmitri Peskov qeyd edib.
Peskov çərşənbə günü jurnalistlərə Rusiya qazının Avropaya tədarükü üçün "alternativ marşrutlar"ın olduğunu bildirib və "Türkiyədə bir mərkəz yaratmaq planları var, işlər davam edir" deyib.