METBUAT.AZ

Dünya

Rusiya və Ukraynanın resursları tükənib -

21 Avqust 2024 13:39

"Ukrayna Silahlı Qüvvələri ən azı altı ay ərzində genişmiqyaslı əks-hücumlara başlaya bilməz".

Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Pentaqon hesab edir ki, Ukrayna və Rusiyanın bir-birinə qarşı böyük hücumlar həyata keçirmək üçün hərbi resursları yoxdur. Bu baxımdan müharibə böyük ehtimalla dalana doğru gedir.

"Ukrayna qüvvələri döyüşə hazırdır, lakin ən azı altı ay ərzində genişmiqyaslı əks-hücumlara başlaya bilməyəcəklər", - Pentaqonun araşdırmasında deyilir.

Eyni zamanda Rusiya tərəfi düşməni tükəndirmək strategiyasını həyata keçirmək qərarına gəlib. Ruslar bufer zonasını saxlaya bilsələr də, daha dərinə, xüsusən Xarkova doğru irəliləməyə gücləri çatmır.


metbuat.az.