14 Avqust 2024 11:41
Rusiyada 43 yaşlı azərbaycanlı öldürülüb.
Metbuat.az bildirir ki, bu barədə rus mediası məlumat yayıb. Məlumata görə, hadisə Leninqrad vilayətinin Novosaratovka kəndində olub. Adı açıqlanmayan 43 yaşlı şəxsin ayağından aldığı güllə yarası nəticəsində çoxlu qanitirmədən öldüyü məlum olub.
Hazırda istintaq qrupu hadisənin səbəblərini araşdırır.