METBUAT.AZ

İqtisadiyyat

Rusiyada benzin ixracına qoyulan qadağanın müddəti artırıldı

14 Avqust 2024 16:55

Rusiya hökumətindən verilən yazılı açıqlamada daxili bazarda benzin tələbatında mövsümi artım olduğu bildirilib.

Metbuat.az bildirir ki, açıqlamada bəzi neft emalı zavodlarında planlı təmir işlərinin aparıldığı və buna görə də daxili bazarda tarazlığı qorumaq məqsədilə benzinin ixracına qoyulan məhdudiyyətlərin dekabrın 31-dək uzadıldığı bildirilib.

Açıqlamada, xarici hökumətlərlə edilən razılaşmalar çərçivəsində edilən benzin ixracının məhdudiyyətlərdən azad olduğu vurğulanıb.

Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub. Hökumət qiymət artımı ilə əlaqədar zaman-zaman ixracı məhdudlaşdırır.


metbuat.az.