METBUAT.AZ

Dünya

Rusiyada qeyri-neft gəlirləri artdı

7 Avqust 2024 17:12

Bu ilin 7 ayında Rusiyanın qeyri-neft gəlirləri ötən illə müqayisədə 25,5 faiz artaraq 12,9 trilyon rubla, neft və təbii qaz gəlirlərinin isə 61,6 faiz artaraq 6,8 trilyon rubla çatıb.

Metbuat.az bildirir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin verdiyi yazılı açıqlamada qeyd edilib. Məlumata görə, dövlət büdcəsinin ümumi gəlirləri 35,9 faiz artaraq 19,7 trilyon rubl olub. Büdcədə 1,3 trilyon rubl kəsir yaranıb.

Açıqlamada neft və təbii qazdan başqa gəlir mənbələrində müsbət və sabit bir tendensiya olduğu, ilin sonuna qədər bu maddələr üzrə gəlirlərin artacağının gözlənildiyi bildirilib.

2023-cü ildə büdcədə 3,24 trilyon rubl kəsir olacağı təxmin edilir.


metbuat.az.