9 Avqust 2024 16:06
Kursk vilayətində Rusiyaya aid hərbi maşın karvanı atəşə tutulub.
Metbuat.az xəbər verir ki, bununla bağlı Ukraynaya aid "Telegram" kanalları məlumat yayıb. Məlumata görə, atəş nəticəsində 26 hərbçi ölüb, 100-dən çox yaralı var.
Ukrayna ordusunun hücumda HIMARS raketlərindən istifadə etdiyi ehtimal edilir. Maşın karvanına ümumilikdə 12 raket atıldığı bildirilib.