20 Avqust 2024 10:47
“Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq”.
Metbuat.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu sözləri “Rossiya” telekanalına müsahibəsində Ermənistanın apardığı xarici siyasi kursdan danışarkən deyib.
O bildirib ki, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir.