METBUAT.AZ

Ölkə

Sabiq məmur lüks villasını fantastik qiymətə satır -

5 Avqust 2024 16:24

Nəsimi rayonu, Tbilisi prospektinə yaxın ərazidə fantastik qiymətə villa satışa çıxarılıb.

Metbuat.az Yenisabah.az-a istinadən bildirir ki, əzəmətli ev Həsən Əliyev küçəsində yerləşir. 36 sot torpaq sahəsi olan villa 2 mərtəbə, 10 otaqdan ibarətdir. Məlum olub ki, 1500 kv.m mülkün sahibi sabiq məmurlardan biridir.

Şəhərin mərkəzində yerləşən villa fantastik qiymətə - 15 milyon manata təqdim olunub.

Satıcı 1500 kv.m mülkün yüksək keyfiyyətli materiallar tikildiyini və dəyərli əşyalarla təchiz olunduğunu bilirir. Villada ayrıca iş otaqları və əlavə qapalı hovuz da mövcuddur. Klassik üslubda inşa edilən villanın ətrafında məktəb, bağça və özəl xəstəxanalar, iri market şəbəkələri də fəaliyyət göstərir.


metbuat.az.