METBUAT.AZ

Ölkə

Sabiq millət vəkili vəfat etdi -

25 Avqust 2024 19:15

“Azərkəndtikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri, keçmiş millət vəkili, Əməkdar mühəndis, Prezident təqaüdçüsü Litvin Abbasov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə medianews.az-a mərhumun ailəsindən məlumat verilib.

Qeyd olunub ki, “Şöhrət” ordenli qocaman mühəndis bu gün dünyasını dəyişib.

Mərhumla vida mərasimi sabah Təzə Pir Məscid kompleksində olacaq.


metbuat.az.