METBUAT.AZ

Elm və Təhsil

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

8 Avqust 2024 15:01

Bu gün 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.


metbuat.az.