METBUAT.AZ

Siyasət

Seçkilərdə 991 namizəd mübarizə aparacaq

24 Avqust 2024 10:53

Növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov bildirib ki, mandat uğrunda 991 nəfər mübarizə aparacaq.

O, seçki bülletenlərində deputatlığa 991 namizədin adının qeyd olunduğunu vurğulayıb.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.


metbuat.az.