METBUAT.AZ

Ölkə

Şəhid atası deputatlığa namizəd oldu -

5 Avqust 2024 14:19

Vətən müharibəsində şəhid olan leytenant Məmməd Zamanlının atası deputatlığa namizəd olub.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, şəhid atası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərdə 13 saylı Püsyan seçki dairəsindən namizəd olub. Rəhman Zamanlının deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.


metbuat.az.