METBUAT.AZ

İdman

Sergen Yalçının yeni iş yeri bəlli oldu

15 Avqust 2024 12:43

Türkiyəli məşqçi Sergen Yalçının yeni iş yeri bəlli olub.

Metbuat.az xəbər verir ki, son iş yeri "Antalyaspor" olan Sergen Yalçın televiziyada fəaliyyət göstərəcək. Məlumata görə, Sergen Yalçın AVRO-2024 zamanı “Kafa Sports”da şərhlər edib. Yeni mövsümlə Sergen Yalçın yeni kanala transfer olunub. Sergen Yalçın yeni mövsüm boyu Ekol TV-də şərhləri ilə çıxış edəcək. Qeyd edək ki, Sergen Yalçın “Beşiktaş” klubunda işləyərkən Türkiyə çempionu olmuşdu.


metbuat.az.