11 Avqust 2024 11:49
Bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarına yekun vurulacaq.
Metbuat.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxacaq.
97 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Nikolas De Lanq (CAR) – Murazi Mçelidze (Ukrayna) duelinin qalibi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.
Qeyd edək ki, hazırda aktivində 6 mükafat olan Azərbaycan millisi medal sıralamasında 28-ci pillədə qərarlaşıb. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.