30 Avqust 2024 16:04
Avqustun 12-də İzmirdə İnstaqrama giriş qadağasını tənqid edən küçə müsahibəsi verdiyi üçün həbs olunan Dilruba Kayserilioğlu sərbəst buraxılıb.
Metbuat.az türk mediasına istinadən bildirir ki, Kayserilioğlu "Prezidenti təhqir etmə" cinayətinə görə azadlığa buraxıldığı halda, "İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ictimaiyyət qarşısında alçaltmaq" cinayətinə görə həbsdə mühakimə olunmasına qərar verilib.
Dilruba Kayserilioğlu 3 sentyabrda məhkəməyə çıxarılacaq.