METBUAT.AZ

Dünya

"Starbucks"ın yeni rəhbəri işə təyyarə ilə gedəcək

23 Avqust 2024 12:08

"Starbucks"ın yeni rəhbəri Brayan Nikkolun işə təyyarə ilə gedəcəyi məlum olub və bunun nəticəsində şirkət tənqidlərə məruz qalıb.

Metbuat.az bildirir ki, "Starbucks"ın yeni rəhbəri Brayan Nikkol ailəsinin yaşadığı Nyuport-Biçdəki (Kaliforniya ştatı) evindən şirkətin təyyarəsi ilə 1600 kilometr məsafə qət edərək şirkətin mərkəzi qərargahının yerləşdiyi Sietl şəhərinə gedəcək.

Sentyabrın 9-da şirkəti təhvil alacaq Nikkolun şəxsi təyyarə ilə təmin olunmasının "Starbucks"ın ətraf mühitlə bağlı korporativ təbliğatına zidd olduğu bildirilib.

Razılaşmaya əsasən, Nikol Starbucks-ın təyyarəsindən həm işgüzar səfərlər, həm də ev və şirkət arasında istifadə edə biləcək.


metbuat.az.