5 Avqust 2024 11:51
Sumqayıtda ana və azyazşlı övladı qidadan zəhərlənib.
Metbuat.az xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Mərdanova Aişə Adil qızı və övladı, 2022- ci il təvəllüdlü Mərdanov Əli Səxavət oğlu yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər.
Onlar dərhal xəstəxanaya çatdırılıb.
Ana və övladının ət məhsulundan zəhərləndiyi ehtimal olunur.