METBUAT.AZ

Hadisə

Sumqayıtda qardaşını buna görə bıçaqlayıbmış

4 Avqust 2024 09:01

Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


metbuat.az.