METBUAT.AZ

Dünya

Suriya-Türkiyə yaxınlaşmasına ABŞ necə yanaşır?

21 Avqust 2024 10:51

ABŞ Türkiyə ilə Suriya arasında yenidən canlanan normallaşma prosesinə məsafəli olduğunu gizlətmir. ABŞ iki ölkə arasındakı normallaşmanın siyasi nəticələri qədər hərbi tərəflərini də nəzərdən keçirir. Xüsusən, Suriyada potensial bir Türkiyə-Suriya-Rusiya hərbi birliyinin bölgədəki ABŞ hərbi varlığına necə təsir edəcəyini düşünür.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar 2023-cü ildə də Türkiyə ilə Suriya arasında Rusiyanın vasitəçiliyi ilə gerçəkləşdirilən görüşlərə məsafəli olduğunu bildirmişdi. Rəsmi Ankaraya bu mövzuda məlumat verəb ABŞ mövqeyini ictimaiyyətə də açıqlamışdı.

İyun ayından etibarən yenidən canlanan Türkiyə-Suriya normallaşma prosesinə dair mövqeyini dilə gətirən rəsmi Vaşinqton son olaraq Ankaradakı səfiri Cef Fleyk vasitəsi ilə Türkiyəyə mövqeyiyi çatdırıb. 14 avqustda Ankarada türk jurnalistlərə danışan Fleyk "ABŞ Suriya ilə münasibətlərini normallaşdırmayacaq" deyib.

Suriyadakı situasiyada bir irəliləyişin olmamasından dolayı hər kəsin məyus olduğunu dilə gətirən Fleyk Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına bağlılığını xatırladıb və bir daha xatırladıb ki, ABŞ Suriya ilə münasibətləri normallaşdırmayacaq.


metbuat.az.