METBUAT.AZ

Ölkə

Şuşa və Xankəndidə 46 nəfər məsuliyyətə cəlb olunub

26 Avqust 2024 17:26

Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub.

Metbuat.az xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, onlara məlumatverici yaddaş vərəqələri paylanılır.

"Sanitariya-gigiyena qaydaları ilə bağlı vətəndaşların ən çox səfər etdikləri Şuşa və Xankəndi şəhərlərində avqust ayı ərzində ümumilikdə 46 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyətə cəlb olunub. Qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri davam etdirilir. Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır", - məlumatda qeyd olunub.



metbuat.az.