22 Avqust 2024 22:29
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi şəhəri ziyarət edən turistlərə müraciət ünvanlayıb.
Qurumdan Metbuat.az-a bildirilib ki, işğaldan azad edilən Şuşa şəhərinə turist axını şəhərin çirkləndirilməsinə səbəb olub.
Dövlət Qoruğu bununla əlaqədar maarifləndirici video yayıb. Videoda şəhərin zibilləyən, flora və faunaya, eləcə də tarixi abidələrə ziyan vuran şəxslərin cərimə sanksiyasına məruz qalacağı da vurğulanıb.
Qeyd olunub ki, şəhərdə 7/24 kamera müşahidəsi aparılır.