METBUAT.AZ

Dünya

Tailandda torpaq sürüşməsi nəticəsində 13 nəfər öldü

26 Avqust 2024 11:22

Tailandın turistlər arasında məşhur olan Phuket adasında torpaq sürüşməsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, torpaq sürüşməsi nəticəsində 13 nəfər həyatını itirib. Təxminən 20 nəfər xəsarət alıb.

Məlumata görə, hadisəyə ötən həftə yağan güclü yağışlar səbəb olub.

Hazırda hadisənin baş verdiyi ərazidə genişmiqyaslı təmizləmə işlərinin aparıldığı bildirilib.


metbuat.az.