METBUAT.AZ

Ölkə

Tanınmış hakim vəfat etdi -

14 Avqust 2024 09:06

Tanınmış hakim, Məhkəmə Hüquq Şurasının üzvü Mansur İbayev vəfat edib.

Metbuat.az bildirir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. O, uzun sürən xəstəlik səsəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Mansur İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb. O, Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən, 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının üzvü, Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.


metbuat.az.