METBUAT.AZ

Hadisə

Tanınmış həkim vəfat etdi -

7 Avqust 2024 11:43

Tanınmış həkim-rentgenoloq, tibb elmləri namizədi Qulam İbrahimov vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 71 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Qulam Məşədi Əli oğlu İbrahimov Ordubad rayonunda anadan olub. O, 1971-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində təhsil alıb. 1985-1998-ci illərdə aspirantura təhsilinə yiyələnib. 1990-cı ildən tibb elmləri namizədidir. O, Mərkəzi Klinikada həkim-rentgenoloq vəzifəsində çalışırdı.


metbuat.az.