METBUAT.AZ

Dünya

Tanınmış rus aktyor Kurskda öldürüldü -

20 Avqust 2024 16:23

Tanınmış rus aktyor Yevgeni Şişov Kursk vilayətində öldürülüb.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, aktyor avqustun 18-də qəlpə yarası alıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib. İndi aktyorun cənazəsi Rostovdadır.

“O, Kursk vilayətində Rusiyanı müdafiə edərkən həlak oldu”, - məlumatda deyilir.

Qeyd edək ki, Yevgeni Şişov onlarla filmə çəkilib. O, “Dəniz şeytanları”, “Möhtəşəm beşlik”, “Qranit” seriallarında və digər filmlərdə rol alıb.


metbuat.az.