METBUAT.AZ

Elm və Təhsil

Tədris mərkəzindən 77 tələbə qovuldu,

30 Avqust 2024 22:06

Göyçay Peşə Liseyindən bir sıra tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün liseydən xaric edilib.

Metbuat.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.

"Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub. Araşdırmanın nəticəsi olaraq, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər".

Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin əmək müqaviləsinə xitam verilib


metbuat.az.