METBUAT.AZ

Elm və Təhsil

Tələbələr Xankəndiyə bu tarixdə aparılacaq

17 Avqust 2024 23:01

"15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.

Ş.Bayramov qeyd edib ki, bütün universitet heyəti tələbələrimizə bu prosesin daha rahat keçməsi üçün lazımi dəstəyi göstərəcək.


metbuat.az.