27 Avqust 2024 15:47
"Telegram" Avropa İttifaqının nəzarəti altında deyil.
Metbuat.az xəbər verir ki, bunu Aİ sözçüsü Tomas Regnier deyib.
O bildirib ki, "Telegram" Avropa İttifaqı (Aİ) daxilində böyük şəbəkə hesab edilmir və buna görə də Avropa Komissiyasının birbaşa nəzarəti altında deyil. O, Aİ-nın messencer nümayəndələri ilə əlaqə saxlamasına aydınlıq gətirib.
Diplomatın sözlərinə görə, Aİ hazırda "Telegram"ın həqiqətən də 41 milyon avropalı istifadəçisinin olub-olmaması ilə bağlı məlumatları yoxlayır.
Qeyd edək ki, "Telegram"ın yaradıcısı Pavel Durov avqustun 24-də Parisə gələrkən saxlanılıb. Aİ bu işi "milli araşdırma" adlandıraraq şərh verməkdən imtina edib . "Telegram" mətbuat xidməti messencerin bütün Aİ qanunlarına uyğun olduğunu bildirib .