METBUAT.AZ

Dünya

"Telegram"ın təsisçisi saxlanıldı

25 Avqust 2024 01:16

"Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın LCI telekanalı məlumat yayıb.

Durovu mühafizəçisi və bir qadın müşayiət edib. 39 yaşlı sahibkar bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması və oğurlanmış malların idarə olunmasında ittiham oluna bilər.

Qeyd edək ki, Durov 2021-ci ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin, avqust ayında isə Fransanın vətəndaşlığını alıb.


metbuat.az.