METBUAT.AZ

Ölkə

Təltif edilənlərdən 7-si qadındır -

17 Avqust 2024 13:52

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Metbuat.az Qafqazinfo-ya istinadən bildirir ki, dövlət başçısının Sərəncamı ilə təltif edilən DSX hərbçiləri arasında 7 qadın var.

Onlardan polkovnik Şərifova Maya Kərəm qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Polkovnik Muradova Pərvanə Şamil qızı və mayor Abbasova Xəyalə Kamil qızı isə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıblar.

Bundan başqa, 4 qadın hərbçi “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib:

Məmmədova Günay Xaliq qızı – mayor;

Dadaşova Gültac Vahid qızı – kapitan;

Fərhadova Yeganə Ziyad qızı – kapitan;

Əsgərova Sevda Rasif qızı – baş gizir.


metbuat.az.