METBUAT.AZ

Hadisə

Toyda kütləvi zəhərlənmə ilə bağlı TƏBİB-dən açıqlama

16 Avqust 2024 11:36

Xəbər verdiyimiz kimi, Qəbələdə şadlıq evlərindən birində keçirilən toy mərasimində kütləvi zəhərlənmə olub.

Hadisə ilə bağlı Metbuat.az-ın soröusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Avqustun 15-i saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

"51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.