METBUAT.AZ

Hadisə

Toyu olacaqdı, faciəvi şəkildə öldü -

25 Avqust 2024 18:20

Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadənin meyiti tapılıb.

Metbuat.az xəbər verir ki, onun əmisi İdrak Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı.

"O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər" , - deyə Ş.Həsənzadənin əmisi bildirib.


metbuat.az.