METBUAT.AZ

Dünya

Tramp Harrisi siyasi fikirlərini mənimsəməkdə günahlandırdı

11 Avqust 2024 13:18

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, rəqibi vitse-prezident Kamala Harrisi xidmət işçiləri üçün vergini ləğv etmək təklifini oğurlamaqda ittiham edib.

Metbuat.az-ın məlumatına görə, Tramp bu iddiaları öz sosial şəbəkə hesabında paylaşıb.

Şənbə günü Harris Nevada ştatının Las-Veqas şəhərində keçirilən mitinqdə əhalinin pul vergilərini ləğv etməyi və ABŞ-də qiymətlərin aşağı salınması üçün tədbirlər görməyi vəd verib.

Tramp isə bu mövzularda daha əvvəl çıxışlar etdiyini iddia edib.


metbuat.az.