METBUAT.AZ

Dünya

Tramp Netanyahu ilə Qəzzada atəşkəs razılaşmasını müzakirə etdi

15 Avqust 2024 09:52

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Metbuat.az "Unian"-a istinadən xəbər verir ki, bu barədə amerika rəsmiləri məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşma müzakirə olunub.

Qeyd edək ki, İsrail və HƏMAS arasında girovların azad edilməsi müqabilində Qəzza zolağında atəşkəs əldə edilməsinə dair danışıqlar bir aydan çoxdur davam edir. Danışıqlar ABŞ, Misir və Qətərin iştirakı ilə baş tutur.


metbuat.az.