METBUAT.AZ

Dünya

Tramp seçkilərdə qalib gəlsə, ABŞ Milli Kosmik Qvardiyasını yaradacaq

27 Avqust 2024 09:00

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp bildirib ki, seçkidə qalib gələrsə, Milli Kosmik Qvardiya yaradacaq.

Metbuat.az "Reuters"-ə istinadən xəbər verir ki, Tramp bunu seçiciləri qarşısında çıxışı zamanı deyib.

Keçmiş Amerika prezidentinin sözlərinə görə, onun 2019-cu ildə Kosmik Qüvvələri yaratmaq qərarı Rusiya və Çinin bu sahədə ABŞ-ı qabaqlamasına mane olub.

“ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanı yaratmağın vaxtı çatıb. Prezident kimi mən Milli Kosmik Qvardiyanın yaradılması ilə bağlı tarixi qanunu imzalayacağam”.

Donald Tramp həmçinin silahlı qüvvələrin gücləndirilməsinə, PUA istehsalına, robot texnikasına, süni intellektin inkişafına və hipersəs silahlarının inkişafına sərmayə qoyacağını vəd edib.


metbuat.az.