METBUAT.AZ

İqtisadiyyat

Trampın şirkətinin səhmləri kəskin düşdü

21 Avqust 2024 13:03

ABŞ prezidentliyə namizəd Donald Trampa məxsus "Trump Media&Technology Group"un səhmləri düşüb.

Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, “Trump Media”nın səhmləri 4%-dən çox azalaraq 21,33 dollara düşüb. Səhmlərin düşməsi ABŞ prezident seçkilərində Trampla Kamala Harris arasındakı fərqin azalmasından sonra daha da sürətlənib.

Xatırladaq ki, bu ayın əvvəlində əsas aktivi "Truth Social" olan "Trump Media" rüblük 16,4 milyon dollar zərər və 837 min dollar gəlir elan etmişdi. Hazırda şirkətin bazar dəyəri 4,3 milyard dollar olduğu halda, ilin əvvəlində bu rəqəm 8 milyard dollar idi.


metbuat.az.