METBUAT.AZ

İdman

“TRT 1”dən “Qarabağ”la bağlı bir ilk -

18 Avqust 2024 17:10

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın Xorvatiya təmsilçisi “Dinamo” ilə qarşılaşacağı oyun Türkiyədə də canlı yayımlanacaq.

Metbuat.az xəbər verir ki, qardaş ölkənin "TRT 1" kanalı 20 avqust tarixində Zaqrebdə keçiriləcək və saat 23:00-da başlayacaq qarşılaşmanı birbaşa efirə verəcək.

Bununla da Zaqrebdəki oyun Türkiyədə ilə yanaşı dünyanın bir çox ölkəsində də izləyicilərə təqdim olunacaq.

Xatırladaq ki, Azərbaycanda bu oyunu "CBC Sport" kanalı canlı yayımlayacaq.


metbuat.az.