METBUAT.AZ

İdman

Türk klubu "Ayaks"ın 12 milyonluq oyunçusu ilə maraqlanır

26 Avqust 2024 16:53

Ferdi Kadıoğlunu İngiltərəyə satan "Fənərbağça" onun mövqeyinə oyunçu axtarır.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq Niderlandın "Ayaks" klubunda forma geyinən Oven Vindalla maraqlanır. 24 yaşlı futbolçu "Ayaks"ın satış siyahısındakı oyunçulardandır.

Məlumata görə, "Fənərbağça" ilə yanaşı bir neçə Avropa klubu da Vindalın xidmətində maraqlıdır. "Ayaks" futbolçu üçün 12 milyon avro tələb edir.


metbuat.az.