METBUAT.AZ

Elm və Təhsil

Türkiyə-Azərbaycan Universiteti iki diplom verəcək

29 Avqust 2024 15:40

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri ali məktəbi bitirdikdə iki diplomları olacaq.

Metbuat.az xəbər verir ki, bunu Report-a müsahibəsində Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.

Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

Onun sözlərinə görə, qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq.

“Həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq”, - rektor deyib.

Onun sözlərinə görə, Hacettepe Universitetinin müəllim heyəti tələbələrə Ankaradakı Beytepe və Sihhiyede yerləşən korpuslarında hansı keyfiyyət və standartda dərs tədris edirsə, eyni keyfiyyət və standartda da TAU-dakı tələbələrinə təhsil verəcək.


metbuat.az.