METBUAT.AZ

Elm və Təhsil

Türkiyə-Azərbaycan Universitetinə qəbulun ilkin nəticələri açıqlandı

23 Avqust 2024 16:21

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Texniki Universitetin rektoru Vilayət Vəliyev özünün feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, nəticələr gözləniləndən də yüksək olub:

“Kompüter mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə – 684.9, ən aşağı nəticə 641.6, Sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663.7; ən aşağı nəticə 544.4, Qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632.8; ən aşağı nəticə 452.1. olub”.


metbuat.az.