16 Avqust 2024 16:18
Türkiyə Böyük Millət Məclisində deputatlar arasında dava olub.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından deputat Ahmet Şık AK Partiyasının üzvlərini təhqir edib.
Daha sonra gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.