METBUAT.AZ

Dünya

Türkiyə və Suriya nazirləri görüşə bilər

13 Avqust 2024 12:43

Türkiyə və Suriyanın müdafiə nazirləri iki ölkənin münasibətlərinin nizamlanması prosesi çərçivəsində yaxın vaxtlarda görüşə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər “Reuters” agentliyinə müsahibəsində məlumat verib.

Bildirilib ki, müvafiq şərait yaradılarsa, Türkiyə və Suriya nizamlanma prosesi çərçivəsində nazirlər arasında görüş keçirilə bilər.

Bundan əvvəl Əsəd Suriyanın suverenliyinin qorunub saxlanmasını vurğulayaraq Dəməşqin hər cür təşəbbüsə açıq olduğunu vurğulayıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr Suriyada vətəndaş müharibəsi başlayandan sonra pozulub.


metbuat.az.